Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Tramp 2024-cü ildə Ağ Evə qayıdacağına söz verib

Baxılıb: 508     Tarix: 16-01-2022 11:28   

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarına 2024-cü ildə Ağ Evə qayıdacaqlarına söz verib. “Report” xəbər verir ki, Tramp Arizonada keçirilən mitinqdə deyib: “2024-cü ildə biz Ağ Evi geri alacağıq”.
Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı məsələsi açıq olaraq qalır, siyasətçi əvvəllər bununla bağlı ünvanlanan suala konkret cavab verməyib.
Bu arada, 2020-ci ildə ABŞ prezidenti postu uğrunda mübarizəni Respublikaçılar Partiyasından irəli sürülən və Donald Trampa məğlub olan Ted Kruz prezidentlik ambisiyalarını açıqlayıb. ABŞ-ın hazırkı prezidenti Co Bayden də öz növbəsində bildirib ki, Trampın iştirak perspektivi yalnız hazırkı prezidentin yenidən namizəd olmaq şansını artırır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar