“ASAN indeks” hesabatı niyə açıqlanmır?
Baxılıb: 209 Tarix: 24-01-2022 10:54
“Bir ay bundan öncə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2020-2021-ci il qiymətləndirmə nəticələrinə dair növbəti təqdimat keçirilib. Amma "ASAN indeks" üzrə qiymətləndirmə hesabatı açıqlanmır”.
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında paylaşıb.
Dövlət Agentliyinin hər il “Dövlət Xidmətlərinin Elektron Reyestrinə" daxil olan xidmətlərin "ASAN xidmət indeksi" üzrə qiymətləndirməsini apardığını və hesabat açıqladığını bildirən Osman Gündüz əlavə edib ki, indiyədək hesabat dərc olunmayıb: “Hesabatda hər bir dövlət qurumu üzrə dövlət xidmətlərinin keyfiyyəti, səmərəliliyi, şəffaflığı, elektronlaşması vəziyyətini əks etdirən Reytinq Cədvəli hazırlanır.
20 dekabr 2021-ci ildə açıqlanan məlumatda 2020-2021-ci illər ərzində Dövlət Agentliyi tərəfindən 24 mərkəzi icra hakimiyyəti orqanının 227 xidmətinin, 13 yerli icra hakimiyyəti orqanının 124 xidmətinin və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 48 xidmətinin monitorinq olunduğu bildirilib. Təqdimat zamanı monitorinqin yekunu üzrə Reytinq Cədvəli açıqlanmayıb.
Buna baxmayaraq həmin təqdimatdan sonra bəzi dövlət qurumları hətta 1-ci yerə çıxmaları ilə bağlı tələsik açıqlamalar da vermişdilər. Lakin sonralar nədənsə proses dayandı. İndiyədək hesabat dərc olunmayıb və Dövlət Agentliyinin rəsmi saytında yerləşdirilməyib”.
Ən çox oxunanlar
Son xəbərlər