Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mehriban Əliyeva Fatma Səttarovanı təbrik etdi

Baxılıb: 218     Tarix: 25-01-2022 12:09   

 Birinci vitse-prezident Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanı 100 illiyi münasibətilə təbrik edib.
Qanunvehedef.az xəbərə verir ki, birinci xanımın instaqram hesabındakı paylaşımda deyilir:
“Əziz Fatma xanım!
Sizi 100 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə ən xoş arzularımı çatdırıram! Sizin parlaq şəxsiyyətiniz və həyat yolunuz heyranlıq doğurur! Biz Sizi çox sevirik, Sizinlə fəxr edirik! Uca Tanrı Sizə bundan sonra da tükənməz enerji, gümrahlıq və nikbinlik dolu neçə-neçə illər bəxş etsin. Bu əlamətdar gündə Sizə və doğmalarınıza möhkəm cansağlığı, nurlu, xoş günlər və səadət arzulayıram!
Dərin hörmətlə, Mehriban”.

шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar