Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ərdoğan: "Bizim İrana heç bir borcumuz yoxdur"

Baxılıb: 143     Tarix: 27-01-2022 11:52   

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV kanalının efirində jurnalistlərin suallarını cavablandırıb.
O, gecə saat 3-dək yatmadığını, qarın yaratdığı problemlərlə bağlı hadisələri izlədiyini, müvafiq qurumlarla daim əlaqə saxladığını bildirib.
Dövlət başçısı bir müddət öncə İrandan Türkiyəyə qaz verilişinin dayandırılmasını da şərh edib. O, ölkəsinin İslam Respublikasına borclu olmadığını bəyan edib.
"Bizim İrana heç bir borcumuz yoxdur. İran prezidenti ilə görüşümdə dedilər ki, nasazlıq səbəbindən 10-15 gün gecikmə olacaq. Hazırda İranda qış şəraiti sərtdir. Onlar da bu vəziyyətə görə çətinlik çəkdiklərini bildiriblər", - deyə Ərdoğan qeyd edib.
Türkiyə prezidenti Ukrayna böhranına da toxunub və gərginliyin dərhal bitməsini istədiklərini vurğulayıb.
"Bölgə bizim bölgəmizdir. Biz istəyirik ki, mövcud gərginlik yeni böhrana çevrilməmiş bitsin. Mən bu mesajları dövlət başçılarına çatdırmışam və bundan sonra da çatdıracağam. Biz regionumuzda sülh və sabitlik istəyirik. Əgər istəsələr, iki ölkənin liderlərini ölkəmizdə bir araya gətirməklə sülh mühiti yarada bilərik. Region qeyri-sabitlikdən kifayət qədər əziyyət çəkib. Biz daha çox ağrı və müharibə istəmirik. Arzumuz problemin dialoq və diplomatiya yolu ilə həllini tapmasıdır. Biz tərəflərin konstruktiv fəaliyyət göstərməsi üçün çağırışlarımızı davam etdiririk. Bununla belə, NATO üzvü olaraq üzərimizə düşəni yerinə yetirməyə də hazırıq", - deyə dövlət başçısı bildirib.
Həmçinin, Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə səfərə dəvət etdiyini və ondan cavab gözlədiyini qeyd edib./Oxu.az

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar