Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ərdoğanın İran səfərinə hazırlıqlar gedir

Baxılıb: 518     Tarix: 31-01-2022 14:47   

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər tarixi hələ dəqiqləşdirilməyib”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Səid Xətibzadə bu gün keçirilən mətbuat konfransında bildirib.
“Bu səfər gündəmdədir və hazırda bununla bağlı ilkin işlər davam etdirilir”, - deyə Xətibzadə əlavə edib.
Xatırladaq ki, ötən ilin noyabr ayında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında Ərdoğanın İrana səfər edəcəyini açıqlamışdı.



Ən çox oxunanlar
{sape_links}{sape_article}