Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“ELƏ BİLİRSİNİZ, ERMƏNİLƏR KİMƏSƏ LAZIMDIRLAR?” – Lukaşenko yeni ittifaqa hansı ölkələrin qoşulacağını gözləyir?

Baxılıb: 207     Tarix: 08-02-2022 12:15   

“Azərbaycan bu sıradan kənardadır, biz orada çox səhvlər etmişik”

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Vladimir Solovyova verdiyi müsahibədə Ermənistan və ermənilər barədə söylədiyi fikirlər erməni mətbuatında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Ermənilər həmişəki kimi, Lukaşenkonu “satqınlıq”da və Azərbaycanın tərəfini saxlamaqda günahlandırıblar.

Belə ki, Lukaşenko sözügedən müsahibəsində “İttifaq Dövləti” barədə danışarkən, Ermənistanın da sonda bu ittifaqa qoşulmağa məcbur olacağını bildirib.

Qanunvehedef.az “AzPolitika.info” istinadən xəbər verir ki, Belarus Prezidenti sözügedən müsahibədə Ermənistanın və ermənilərin heç kimə lazım olmadığını deyib: “Ermənistanın gedəcək yeri yoxdur. Elə bilirsiniz ki, onlar kiməsə lazımdırlar? Onlar artıq bunu gördülər... Nikol Vovayeviç(Paşinyan-red.) bunu gördü.”

“İttifaq dövləti”nin perspektivləri barədə danışan Lukaşenko əksər MDB respublikalarının bu ittifaqa qoşulacağını proqnozlaşdırıb. Lakin Azərbaycanın bu sırada olmadığını söyləyib: 
“Azərbaycan bu sıradan kənardadır. Biz orada çox səhvlər etmişik. Bu, ayrıca söhbətdir.
Əlbəttə ki, orada Türkiyə Azərbaycanı çox ciddi şəkildə dəstəkləyir. Qaz, neft xətləri Türkiyədən keçir... Düşünürəm ki, Qazaxıstana da yaxşı dərs oldu. Əgər siz 15 illik müddətdən danışırsınızsa, əminəm ki, səhv etməsək, Ukrayna da orada olacaq. Türkmənistan, Özbəkistan və Tacikistan isə, düşünürəm ki, ilk əvvəl iqtisadi zərurətlərə görə ittifaqa qatılacaqlar".

Lukaşenko hətta deyib ki, gələcək "İttifaq dövləti"ndə vahid valyuta olacaq: 
"Bu, müstəqil dövlətlərin birliyi olacaq. Yox, müstəqil yox, suveren. Müstəqillik nisbi anlayışdır. Axı bütün nefti və qazı Rusiyadan alıramsa, necə müstəqil ola bilərəm?"

Təbii ki, Lukaşenkonun bu müsahibədə Azərbaycanla bağlı səsləndirdiyi fikirlər təsadüfi deyil. Onun “biz orada çox səhvlər etmişik” fikri isə böyük ehtimalla 44 günlük müharibəyə qədərki 30 illik dövrdə Rusiyanın Ermənistanı dəstəkləməsi və sonucda 
Azərbaycanın ədaləti öz gücü ilə bərpa etmək məcburiyyətində qalmasını, həmçinin nəticədə Türkiyənin regionda aparıcı güclərdən birinə çevrilməsini nəzərdə tutub...

C.Məmmədovшаблоны для dle 11.2