Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Zelenski Putini yenidən danışıqlara çağırdı

Baxılıb: 240     Tarix: 17-02-2022 15:16   

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə danışıqlar aparmağı təklif edib.
Qanunvehedef.az “RBK-Ukrayna” nəşrinə istinadən xəbər verir ki, Zelenski jurnalistlərin suallarına cavab verərkən bu barədə danışıb.
“Diplomatiya biz danışıqlar masası arxasında əyləşdikdə başlayacaq”, - deyə Ukrayna Prezidenti söyləyib.
O, danışıqların istənilən formatına hazır olduğunu da vurğulayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində Zelenskinin bu açıqlamasına münasibət bildirib. Onun sözlərinə görə, Kiyev dəfələrlə Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib, lakin heç vaxt görüşün hansı məqsədlə keçirilmə səbəbinə aydınlıq gətirməyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar