Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rusiya və Çin liderləri görüşdü - Si Tsinpin Putinə nə təklif edib?

Baxılıb: 531     Tarix: 16-09-2022 13:06   
 
Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı liderlərinin Özbəkistanda keçirilən sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri Si Tsinpinlə görüşüb.
Xatırladaq ki, bu, iki dövlət başçısının Ukraynada müharibə başlanandan bəri ilk görüşüdür. Putin bəyan edib ki, Çinin Ukrayna böhranı ilə bağlı narahatlığını başa düşür və çinli dostların bu məsələdə balanslaşdırılmış siyasətini yüksək qiymətləndirir.

Putin habelə “ABŞ və onun satellitlərinin” Tayvan boğazındakı təxribatlarını pisləyib və bu məsələdə Pekinə dəstəyini bir daha təsdiqləyib.

Si Tsinpin öz növbəsində bəyan edib ki, Çin Rusiya ilə birlikdə dünyaya sabitlik və müsbət enerji gətirmək üçün böyük dövlətlərin rəhbər rolunu üzərinə götürməyə hazırdır. O, habelə Putinin “vahid Çin” prinsipinə sadiqliyini yüksək qiymətləndirdiyini deyib.

Xatırladaq ki, Ağ Ev sentyabrın 15-də Çini Rusiyanı Ukraynadakı müharibədə dəstəkləməməyə çağırıb və bildirib ki, bütün ölkələr Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləməkdə yekdil olmalı və kənarda qalmamalıdırlar. ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Körbi bu barədə demişdi: "Bizim Çinə mesajımız, düşünürəm ki, ardıcıl olub: indi Putinlə onun Ukraynanın daxilində nələr etdiyini nəzərə almaqla, hər hansı işbirliyi aparmaq vaxtı deyil. İndi onun Ukraynada etdiklərini əksərən pisləyən beynəlxalq icmadan kənarda qalmaq vaxtı deyil”.

Körbi bunu da qeyd edib ki, Pekin indiyədək Rusiyaya heç bir maddi-texniki dəstək verməyib və Moskvaya qarşı sanksiyaları pozmayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar