Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İlham Əliyev və Putinin Səmərqənd görüşündən nə gözlənilir?- RƏY

Baxılıb: 607     Tarix: 16-09-2022 15:07   

Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sessiyası çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir.
Görüşdə hansı məsələlərin müzakirəsi gözlənilir?
Bununla bağlı Sonxeber.az-a danışan politoloq Elşən Manafov bildirib ki, Ermənistanın 2020-ci ildə Moskvada imzalanmış razılaşmanın şərtlərini pozaraq Azərbaycanı təxribata cəlb etməsi müzakirə olunacaq:
"Təbii ki, dövlət başçıları arasında Səmərqənddə keçiriləcək görüşdə müzakirə obyekti Cənubi Qafqazda gərginliyin yenidən artması olacaq. Prezident İlham Əliyev Ermənistanın 2020-ci ildə Moskvada imzalanmış razılaşmanın şərtlərini pozaraq Azərbaycanı təxribata cəlb etməsi, Ermənistanın kollektiv təhlükəsizlik müqaviləsini pozması və Ermənistanın Kollektiv Təhlükəsizlik təşkilatına və rəsmi Moskvaya verdiyi feyk mahiyətli xəbərlərdə Azərbaycan tərəfinin mövqeyini Rusiya prezidenti Putinə çatdıracaq. Rusiya tərəfi də bu məsələdə maraqlıdır. Təbii ki, ikitərəfli məsələlərin müzakirəsi yenidən gündəmdə olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan prezidenti Özbəkistan prezidentinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə baş tutan görüşündə iştirak edir. Bu, Azərbaycanın həmin təşkilata olan marağının göstəricisi kimi qəbul olunmalıdır. Azərbaycanın da həmin təşkilata daxil ola biləcəyi və təşkilata daxil olan dövlətlərlə münasibətləri təşkilat çərçivəsində qurması istisna deyil. Hərçənd ki, təşkilat daxilində Hindistan Azərbaycana münasibətdə səciyyəvi mövqe qoymayıb. Hindistan son olaylarla bağlı Azərbaycanı təcavüzkar dövlət qəbul edib və Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında Hindistan kimi dövlətin mövcudluğu ilə bağlı məsələyə görə seçim etməyəcək. Çünki Azərbaycan öz seçimini edib. O, bloklara qoşulmayan dövlətlərin tərəfindədir. Nə qədər ki, Azərbaycan bloklara qoşulmayan dövlətlər qurumuna rəhbərlik edir, çoxperspektivli xarici siyasətində Qərbə ya Şərqə doğru ciddi yanaşma baş verəcəyini güman etmirəm".

Qanunvehedef.azшаблоны для dle 11.2