“Ermənistan öz havadarlarına arxalanır”
Baxılıb: 567 Tarix: 30-09-2022 11:32
“İki il bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri Vətən Müharibəsində qələbə qazanmaqla adlarını tariximizə qızıl hərflərlə yazdı”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova bildirib. O, qeyd edib ki, artıq müharibə tarixdə qalıb və Cənubi Qafqazda sülhdən danışmaq lazımdır.
Sahibə Qafarova əlavə edib ki, müharibə bitəndən sonra Azərbaycan sülh müqaviləsi üçün Ermənistan tərəfinə beş maddədən ibarət prinsiplər təqdim edib: “Lakin çox təəssüflər olsun ki, Ermənistan tərəfi öz havadarlarına arxalanaraq danışıqları pozur. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə görülən quruculuq işlərinə kölgə salmağa çalışır.”
O, eyni zamanda bildirib ki, sentyabrın 12-13-də Azərbaycan Ordusunun gördüyü tədbirlər zamanı Ermənistanın Kəlbəcər, Laçın və Daşkəsən istiqamətindəki təxribatları qətiyyətlə alınıb.
Ən çox oxunanlar
Son xəbərlər