Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Zelenski İsveçrədən bunu xahiş etdi

Baxılıb: 914     Tarix: 30-09-2022 15:06   

Prezident Vladimir Zelenski Ukraynanın öz ərazilərinin işğalına görə təzminat ala bilməsi üçün İsveçrənin Rusiya aktivlərini bloklamasını istəyib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat yayılıb.
“Mən çox istərdim ki, İsveçrə Rusiyanın aktivlərini bloklaya bilsin və biz tamamilə ədalətli şəkildə Ukrayna ərazilərinin işğalına və Kremlin Ukraynaya qarşı törətdiyi təcavüzə görə kompensasiya ala bilək”, - deyə xəbərdə bildirilir.
Vladimir Zelenski həmçinin İsveçrə vətəndaşlarını Ukraynadakı hadisələrlə bağlı həqiqəti Avropaya çatdırmağa çağırıb: “Bunun üçün insanlar Ukraynaya gəlib burada baş verənləri öz gözləri ilə görə bilərlər”.
Prezident qeyd edib ki, xeyirlə şərin mübarizəsi məsələsində neytrallıq ola bilməz.
Xatırladaq ki, Vladimir Zelenski bu ilin sentyabrın 27-də Niderland və İsveçrədəki səfirləri tutduqları vəzifələrdən azad edib.

Qanunvehedef.az



{sape_links}{sape_article}