Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İlham Əliyev iki həmkarını təbrik etdi

Baxılıb: 572     Tarix: 03-10-2022 11:15   

Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.
Qanunvehedef.az xəbər verir ki, məktubun mətnində deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Almaniya bizim üçün vacib tərəfdaş və dost ölkədir. Diplomatik münasibətlərimizin qurulduğu ötən onilliklər ərzində dövlətlərarası əlaqələrimizin dinamik inkişaf etməsi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi məmnunluq doğurur.
Hazırda qarşılıqlı faydalı tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. İnanıram ki, Azərbaycan ilə Almaniya arasında istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
***
Prezident İlham Əliyev Koreya Prezidenti Yun Sok Yola təbrik məktubu ünvanlayıb.
Məktubun mətnində deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Koreya arasında dostluq münasibətlərinin hazırkı vəziyyəti məmnunluq doğurur. Ötən dövr ərzində dövlətlərarası əlaqələrimiz yüksələn xətlə inkişaf etmiş, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız dərinləşmişdir.
Koreya şirkətləri Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində uğurla iştirak edirlər. Bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan əsaslı bərpa və yenidənqurma işləri əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Koreya əlaqələrinin mövcud potensialından səmərəli istifadə edərək qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm”.шаблоны для dle 11.2