Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiya səfiri Polşa XİN-ə çağırıldı

Baxılıb: 708     Tarix: 03-10-2022 11:31   

Rusiyanın Polşadakı səfiri Sergey Andreyev ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Polşanın xarici işlər nazirinin müavini Marçin Pşidaç “TVN24” telekanalının efirində açıqlayıb.
Onun sözlərinə görə, buna səbəb Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ölkənin tərkibinə daxil edilməsi ilə bağlı verdiyi qərar olub.
Rusiyalı səfirin yaxın saatlarda Polşa XİN-ə gedəcəyi gözlənilir.
Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib. Sentyabrın 30-u isə Kremldə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə sözügedən 4 vilayətin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələr imzalanıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar