Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Fransa Azərbaycan sərhədinə xarici hərbi müşahidəçiləri gətirməyə çalışır”

Baxılıb: 941     Tarix: 11-10-2022 12:11   

“Ermənistan Qarabağı Azərbaycan tərkibində tanımağa hazırdır”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Zahid Oruc bildirib.
O qeyd edib ki, bir ildən çoxdur, Fransa dövləti Azərbaycanla hələ müəyyənləşməmiş sərhədə xarici hərbi müşahidəçiləri gətirməyə çalışır və dövlətimizə hər cür təzyiq edir: “Son Praqa görüşündə yalnız mülki missiyanın, həm də bizim ərazilərə deyil, Ermənistana göndəriləcəyi qərarı Prezident İlham Əliyevin hərbi qələbəmizi beynəlxalq diplomatiya səngərində də qətiyyətlə qoruduğunu göstərdi”.
“Bəs avropalı müfəttişlər regiona niyə gəlir? Çünki qəfil başlayan Vətən müharibəsi Qərbin və ayrıca Fransanın uzun illər bölgəni iqtisadi və siyasi təsir altında saxlamasına zərbə vurdu və 10 noyabrda Qarabağa ordu yeridə bilməyən qüvvələr indi başqa örtük altında sərhədə can atırlar. Məkrli plana dövlətimizin haqlı etirazı əleyhimizə ikinci cəbhənin açılması, sərhədin səngərə, döyüş zolağına çevrilməsi təhlükəsi ilə bağlıdır.
Ona görə də Prezident İlham Əliyev Şarl Mişelin ləyaqətli, əsl Avropa lideri kimi davranışları ilə müqayisədə Emmanuel Makronun apardığı oyunu pozur. Yaxın günlərdə Fransa və digər dövlətlərin parlementlərində Azərbaycan əleyhinə qəbul ediləcək qətnamə və qərarların səbəbi ölkəmizin Qərb hərbi kontingentinin regiona gəlişinə sərt müqaviməti ilə bağlıdır”, - deyə Zahid Oruc qeyd edib. шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar