Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ərdoğan: "Dünyada güc balansı dəyişir"

Baxılıb: 1 024     Tarix: 13-10-2022 11:41   

"Bəşəriyyət olaraq güc balansının dəyişdiyi bir dövr yaşayırıq və iqtisadiyyatdan ərzaq təhlükəsizliyinə qədər bir çox sahədə ciddi çağırışlar qarşısındayıq".
Bu sözləri Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının iclasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan xatırladıb ki, Türkiyə uzun müddətdir dünyanın beşdən daha böyük olduğunu söyləyir və hamını bu məqama diqqət etməyə çağırır:
"Dünyanın harasında olmağımızdan asılı olmayaraq, hamımız eyni taleyi paylaşırıq. Epidemiya prosesi bu həqiqəti bir daha bizə xatırlatdı".
Türkiyə Prezidenti bəyan edib ki, terror təşkilatlarına kömək edənlərin qarşısı qətiyyətlə alınmalı, ölkələrini tərk etmək məcburiyyətində qalan köçkünlərin taleyinə biganə yanaşılmamalıdır.
"Türkiyə 4 milyondan çox məcburi köçkünə ev sahibliyi etməyə davam edir", - Astanada baş tutan toplantıda çıxış edən Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsinə də toxunub və bəyan edib ki, münaqişədə ədalətli sülh əldə edilməlidir:
"Savaş meydanındakı gərginliyə rəğmən, çalışmalıyıq ki, axan qanı tez bir zamanda dayandıraq"./Oxu.az

Qanunvehedef.az



{sape_links}{sape_article}