Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ukrayna Qazaxıstandakı səfiri geri çağırdı - Qalmaqallı açıqlamasına görə

Baxılıb: 933     Tarix: 19-10-2022 10:08   

Ukrayna Prezidenti Volodimir Zelenski qalmaqallı açıqlamasından sonra ölkənin Qazaxıstandakı səfiri Petr Vrublevskiyi vəzifəsindən geri çağırıb.
Qanunvehedef.az “Strana” nəşrinə istinadən xəbər verir ki, Zelenski bu barədə sərəncam imzalayıb.
Qeyd olunur ki, səfirlə bağlı qalmaqal hələ yay ayında baş verib. Belə ki, Vrublevskiy verdiyi müsahibələrin birində bildirib ki, “Ukrayna mümkün qədər çox rusiyalı öldürməyə çalışır”. Səfir bu açıqlamasından sonra Qazaxıstan XİN-ə çağırılıb və daha sonra öz sözlərinə görə üzr istəyib. Qazaxıstan oktyabrın əvvəlində sözügedən səfirin ölkəni tərk edəcəyini açıqlamışdı. Bununla belə, Ukrayna ilə əldə olunan razılaşmaya görə, ölkə özü səfirini geri çağırmalıdır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar