Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rusiya-Azərbaycan-Ermənistan sammiti ilə bağlı - Açıqlama

Baxılıb: 1 069     Tarix: 25-10-2022 07:52   

“Rusiya-Azərbaycan-Ermənistan sammitinə hazırlıq gedir, onun keçirilmə tarixini və yerini Kreml açıqlayacaq”.
Qanunvehedef.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi Rusiyaya üçtərəfli görüşə dəvət edib. O bildirib ki, zirvə görüşü hazırlanır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sammitdə üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrinin müzakirəsinin planlaşdırıldığını bildirib.
Xatırladaq ki, 2020-ci il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderləri  üçtərəfli bəyanat imzalayıblar. Bundan əlavə, 2021-ci il yanvarın 11-də və noyabrın 26-da üçtərəfli formatda iki görüş keçirilib. Nəticədə regional kommunikasiyaların blokadadan çıxarılması, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların yaradılması ilə bağlı bəyanatlar qəbul edilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar