Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Buna Azərbaycan və Ermənistan özü qərar verməlidir”

Baxılıb: 857     Tarix: 26-10-2022 14:07   

“Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır”.
Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinqdə çıxışı zamanı deyib.
“Buna uyğun olaraq, Rusiya Prezidenti Vladimir Putinlə görüşün bu sülhün əldə olunması baxımından faydalı olub-olmayacağına Azərbaycan və Ermənistan özü qərar verməlidir”, - deyə Prays qeyd edib.
Bununla yanaşı, Ned Prays Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Brüssel və Vaşinqtonun Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq səylərinin sırf reklam xarakterli olması barədə açıqlamasını da şərh edib.
Onun sözlərinə görə, illərlə davam edən münaqişə və eskalasiyaya son qoymaq cəhdlərində heç bir özünüreklam əlaməti yoxdur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar