Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Bütün diqqətimizi etirazçıları dəstəkləməyə yönəlmişik" - Ağ Ev

Baxılıb: 560     Tarix: 28-10-2022 10:24   

ABŞ hakimiyyəti İran vətəndaşlarının dinc etiraz hüququnu dəstəkləyir.
APA xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Onun sözlərinə görə, Vaşinqton İranda sentyabrın ortalarından bəri davam edən nümayişləri yatırmaq üçün Tehranın istənilən cəhdinin əleyhinədir.
“Əlbəttə ki, biz dinc etiraz hüququnu dəstəkləyirik və hökumətin etirazları zorakılıqla yatırmaq cəhdinə qarşıyıq”,- deyə Kiribi bildirib.
O bildirib ki, İran xalqı öz gələcəyini müəyyən etməlidir.
Eyni zamanda, Ağ Evin nümayəndəsi etiraf edib ki, indiki vəziyyətdə ABŞ İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə dialoqun davam etdirilməsini prioritet hesab etmir.
“Həqiqət budur ki, biz iranlılarla razılaşmaya yaxın deyilik. Onlar sövdələşmədən kənar şərtlər irəli sürürlər. Biz buna diqqət yetirmirik. Biz bütün diqqətimizi etirazçıları dəstəkləməyə yönəlmişik”, - deyə Kirbi bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar