Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“İrəvanla Bakı arasında Rusiyanın vasitəçiliyi kifayətdir”

Baxılıb: 1 516     Tarix: 01-11-2022 14:24   

“Ermənistanla Azərbaycan arasında münaqişənin həllində Rusiyanın vasitəçiliyi kifayətdir”.
Qanunvehedef.az “Belta” agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə KTMT-nin Baş katibi Stanislav Zas ilə görüşündə deyib.
“Müharibə başa çatdı. Onun necə başa çatdığı aydındır. Tərəflər onlara vasitəçi lazım olduğuna qərar verdilər. Təbii ki, bu Rusiyadır”, - deyə Lukaşenko qeyd edib.
Onun sözlərinə görə, Avropa İttifaqı və ATƏT-in bu vasitəçiliyə niyə müdaxilə etməsini anlamır: “Hansısa oyun oynanıldığını əbəs yerə demədim. Mən başa düşürəm, bu, nə oyundur. Aİ-ni bu məsələyə niyə qatıblar? ATƏT-i oraya niyə sürükləyirlər? Aydındır nəyə görə. Orada artıq vasitəçi varsa onlar orada nə edəcəklər? Və KTMT-ni də ora cəlb etmək lazımdır. Sanki edəcək başqa işləri yoxdur”.



{sape_links}{sape_article}