Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ərdoğan Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılmasını təsdiqləyib

Baxılıb: 1 134     Tarix: 02-11-2022 11:20   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin mandatının daha bir il uzadılması barədə qanun layihəsini təsdiqləyib.
Qanunvehedef.az APA-ya istinadən xəbər verir ki, Ərdoğan bununla bağlı sərəncam imzalayıb.
Sərəncam "Resmi Gazete"də dərc edilib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub və qəbul edilib.
Xatırladaq ki, 2020-ci ilin noyabrında TBMM Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana hərbçi göndərmək üçün bir illik səlahiyyət verib. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.



{sape_links}{sape_article}