Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Nüvə silahından istifadə Putin üçün fəlakətə çevriləcək”

Baxılıb: 552     Tarix: 05-11-2022 08:35   
 
“Əgər Kremlin rəhbəri Vladimir Putin hər hansı nüvə silahından istifadə barədə göstəriş verərsə, o zaman onu və Rusiya Federasiyasını fəlakətli nəticələr gözləyir”.
Qanunvehedef.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Böyük yeddilik ilə birlikdə dünya ölkələri Putinə aydın şəkildə bildirirlər ki, nüvə silahından istənilən istifadə onun və Rusiya üçün fəlakətə çevriləcək”, - diplomat vurğulayıb.
Blinken diqqətə çatdırıb ki, G-7 toplantısı zamanı xarici işlər nazirləri Moskvanın kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə edəcəyi təqdirdə “ağır nəticələrə” kollektiv şəkildə söz veriblər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar