Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Ramiz Mehdiyevin ailəsi belə azərbaycanlı deyil” - Misir Mərdanov

Baxılıb: 562     Tarix: 15-11-2022 11:04   

“Dövlət başçısının fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının humanitar institutlarından ibarət akademiya quruldu və bura yeni prezident seçildi. Mən də seçkilərə şəxsən qatıldım və yeni prezidenti təbrik etdim. AMEA-nın digər institutuları isə Elm və Təhsil Nazirliyinə bağlıdır. Məncə, bu istiqamətdə işlər davam edəcək”.
Qanunvehedef.az Reyting.az-a istinadən xəbər verir ki, bunu keçmiş təhsil naziri Misir Mərdanov deyib.
Onun sözlərinə görə, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev bir müddət bu elm ocağında prezident vəzifəsini daşıyıb, lakin bu müddətdə heç bir inkişaf və irəliləyiş baş verməyib. M. Mərdanov iddia edir ki, R. Mehdiyev AMEA-nı geriyə sürükləyib.
M. Mərdanov əlavə edib ki, R. Mehdiyevin qabiliyyəti ancaq buna çatardı: “Hamı bunu bilir, o cümlədən də mən. Yeri gəlmişkən, bir zaman mən rəsmi şəkildə onu tənqid etmişəm. Ramiz Mehdiyev Azərbaycan üçün heç vaxt xeyir gətirəsi şəxs olmayıb. Hətta Prezident Administrasiyasında işlədiyi dövrdə də. Mən onu çox yaxşı tanıyıram. Əvvəl Mərkəzi Komitənin katibi olub. Amma heç bir vaxt Azərbaycana xeyir verməyib. Bilirsinizmi, onun ailəsi belə azərbaycanlı deyil. Ondan nə gözləyəsən?”
Sabiq nazir diqqətə çatdırıb ki, R. Mehdiyev dəfələrlə ona problem yaratmağa çalışıb: “Söhbət dəfələrlədən gedir. Bəli, problem yaradıb və buna nail olub”.
M. Mərdanov qeyd edib ki, Ramiz Mehdiyev AMEA-ya prezident gələn gündən onunla əks cəbhədə olub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər