Xəbər lenti
26/07/2026 [12:33]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Əhliman Əmiraslanov: "Dərman vasitələri ilə bağlı ciddi proqram hazırlanır"

Baxılıb: 790     Tarix: 17-11-2022 11:28   
 
 "Məndə olan məlumata görə dərman vasitələri ilə bağlı ciddi proqram hazırlanır".
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, dərman vasitələri ilə bağlı insanlar arasında xeyli narazılıq var:
"Hesab edirəm ki, dərman vasitələri ilə bağlı bu məsələlərin həllinə böyük ehtiyac var. Bizdə olan məlumata görə dərman vasitələri haqqında hökumətdə ciddi proqram hazırlanır. Əminik ki, proqramın hazırlanıb həyata keçirilməsi bu sahədə olan problemləri həll edəcək. Hesab edirəm ki, belə sənədlərin hazırlanması zamanı parlamentdə olan mütəxəssis deputatları bu məsələyə cəlb etmək lazımdır. Çünki onların bu sahədə xeyli təcrübələri var".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar