Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Rusiya ABŞ-lə bu məsələdə razılığa gəlib” - Ərdoğan

Baxılıb: 1 152     Tarix: 17-11-2022 16:43   

“Rusiya və ABŞ nüvə silahından istifadə olunmaması barədə razılığa gəlib”.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT” telekanalının efirində deyib.
Onun sözlərinə görə, noyabrın 14-ü Ankarada Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns arasında keçirilən görüşdən sonra ona bu barədə məlumat verilib.
“Hazırda tərəflər nüvə silahından istifadə etməklə bağlı heç bir cəhd göstərməyəcəklər. Biz onların tez-tez görüşməsini istəyirik və buna töhfə verməyə hazırıq. Nüvə silahından istifadə yeni dünya müharibəsinin başlamasına gətirib çıxarar”, - deyə Ərdoğan qeyd edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar