Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Azərbaycanın qərarını alqışlayıram” - İsrailin Baş naziri

Baxılıb: 1 309     Tarix: 18-11-2022 15:45   

“Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq barədə qərarını alqışlayıram”.
Qanunvehedef.az xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid öz rəsmi tviter hesabında yazıb.
Onun sözlərinə görə, Azərbaycan İsrailin vacib tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinə ev sahibliyi edir: “Səfirlik açmaq qərarı ölkələr arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir. Prezident İlham Əliyevə təşəkkür edirəm və ilk dəfə İsraildə təmsil olunacaq Azərbaycan xalqını təbrik edirəm”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar