Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Oğlumdan xəbərim yoxdur” - İsa Həbibbəyli

Baxılıb: 622     Tarix: 28-11-2022 10:51   
 
“Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”.
Qanunvehedef.az xəbər verir ki, bunu Gununsesi.info-ya Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi Səhət Həbibbəylinin saxlanması barədə xəbərlərə münasibət bildirən atası İsa Həbibbəyli deyib.
“Oğlunuz haradadır, ondan xəbəriniz varmı?” sualına AMEA prezidenti İ.Həbibbəyli “Bilmirəm ki, haradadır, xəbərim də yoxdur”, deyərək, telefonun dəstəyini asıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında anti-korrupsiya əməliyyatları başlayıb. Eyni zamanda, Muxtar Respublikanın maliyyə naziri Rafael Əliyev həbs edilib. R. Əliyev daha əvvəl Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi olub. Rafael Əliyevlə birgə hazırda həmin vəzifəni icra edən Mənsur Əsgərov da həbs edilib.

  

шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar