Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İcra başçısı köməkçisinin törətdiyi qəzanı gizlədib? - DİN-dən açıqlama

Baxılıb: 681     Tarix: 29-11-2022 13:57   

Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin köməkçisi Ülvi Əliyevin sərxoş vəziyyətdə qəza törətdiyi iddia olunur.
Qanunvehedef.az xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva məlumat paylaşıb. O bildirib ki, Ülvi Əliyev bir neçə gün öncə Qaradağlı kənd sakini Hazar Vəliyevi maşınla vurub.
Hadisə Bakı-Qazax yolundan Dəliməmmədli şəhərinin girişinə gedən hissədə, “Tac” şadlıq sarayının qarşısında baş verib. İnsident nəticəsində Hazar Vəliyev hər iki ayağından ciddi xəsarət alıb və əməliyyat olunub. Hazırda onun vəziyyəti ağırdır.
İddialara görə, hadisə icra başçısı tərəfindən gizli saxlanılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, noyabrın 27-də Goranboy rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 15 yaşlı H.Əliyevin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilməsi barədə məlumat daxil olub:
“Məlumatla əlaqədar polis əməkdaşları dərhal azyaşlını ziyarət ediblər. Hazar Əliyev və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək”.шаблоны для dle 11.2