Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Seymur Talıbov vəzifəsindən azad edilib?

Baxılıb: 1 110     Tarix: 30-11-2022 11:50   

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edildiyi bildirilir.
Bu barədə Tns.az məlumat yayıb.
Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru vəzifəsində çalışırdı.
Məlumatlara görə, Vasif Talıbovun oğlu özünü Naxçıvan Dövlət Universitetinin rektoru kimi aparıb, universitetdə bütün məsələlərə şəxsən nəzarət edib. Universitetdə əlavə təhsilə qəbul, qabiliyyət imtahanları zamanı alınan rüşvət birbaşa Seymur Talıbova çatdırılıb. Güman edilir ki, universitetdə aparılacaq yoxlamalar zamanı onu kənarda saxlamaq məqsədilə Vasif Talıbov belə bir qərar qəbul edib.
Seymur Talıbov 2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim işləyir. 2012-ci ildən Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq üzrə qiyabi doktorant olub. 2017-ci ildən isə NDU-nun dosentidir.
Xatırladaq ki, Seymur Talıbov 2015-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır./Oxu.az

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar