Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

"Cəbhədə vəziyyət ağırdır" - Zelenski

Baxılıb: 1 139     Tarix: 30-11-2022 13:41   

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun Ukraynanın Donetsk cəbhəsində ağır itkilər verməyə davam etdiyini deyib.
Qanunvehedef.az xəbər verir ki, Zelenski gecə saatlarında Telegram hesabında paylaşdığı videomüraciətdə Rusiya-Ukrayna müharibəsinin davam etdiyini xatırladıb.
"Cəbhədə vəziyyət ağırdır" ,- deyə prezident qeyd edib.
Zelenski bəyan edib ki, Rusiya qüvvələri Luqansk vilayətində nəzarət etdikləri yaşayış məntəqələrini tutmağa, Xarkov vilayətində və Ukraynanın cənubunda irəliləməyə çalışır.
"Biz artıq Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ilə əməkdaşlıq qurmuşuq və bu əməkdaşlığı artıracağıq. Təəssüf ki, mövcud beynəlxalq hüquqi sənədlər (Ukrayna müharibəsi məsələsində) ədalət üçün kifayət deyil" ,- Zelenski əlavə edib.
Zelenski iddia edib ki, Ukraynada başlayan müharibədə günahkarların mühakiməsi üçün xüsusi beynəlxalq məhkəmə də yaradılmalıdır.



{sape_links}{sape_article}