Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Berdiməhəmmədov bibisi oğlunu istefaya göndərdi

Baxılıb: 1 008     Tarix: 30-11-2022 13:55   

Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov bibisi oğlu Əhməd Geldimuradovu “Türkmənqaz” dövlət konserninin sədr müavini vəzifəsindən azad edib.
Qanunvehedef.az “Central Asia” nəşrinə istinadən xəbər verir ki, buna səbəb Geldimuradovun paytaxt Aşqabadda yerləşən barlardan birində yüksəkrütbəli prokuroru döyməsi olub.
Bildirilir ki, sərxoş vəziyyətdə olan Geldimuradov şüşəni prokurorun başına vurub. İnsidentin isə təqribən 1 ay əvvəl baş verdiyi qeyd olunub.
Məlumata görə, insident sözügedən məkanın müşahidə kameraları tərəfindən lentə alınıb. Daha sonradan insidentin videosunu Prezident Sərdar Berdıməhəmmədova və atası Qurbanqulu Berdıməhəmmədova göstəriblər. Bunun ardınca isə ölkə Prezidenti Geldimuradovun işdən azad olunması barədə qərar qəbul edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar