Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Biz səbir etməməliyik, qurulan oyunları pozmalıyıq”

Baxılıb: 880     Tarix: 02-12-2022 12:20   

“Əziz azərbaycanılılar və soydaşlarımız gəlin fransız məhsullarını könüllü şəkildə baykot edək”. 
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Naqif Həmzəyev bildirib.
“Nə məcburdur ki, biz fransız məhsullarını istifadə edək? Rəsmi edə bilmiriksə, könüllü olaraq bunu etməliyik”, - deyə deputat qeyd edib.
Deputat bildirib ki, Fransa senatında və Milli Assambleyasında olan deputatlara etiraz bildirilməlidir: “Son vaxtlar görürük ki, Laçın yolu vasitəsilə sepratçıların olduğu ərazilərə silahlar daşınır. Təəssüflər olsun ki, ötən gün İran hərbi mütəxəssislərinin keçməsi faktı da üzə çıxdı. Bir müddət sonra biz mediadan xəbər alacağıq ki, artıq İran və ya Fransa dronları Azərbaycan səmasındadır. Biz səbir etməməliyik. Biz qurulan oyunları, tələləri pozmalıyıq. Həm Fransaya, həm İrana, həm də Ermənistanı dəstəkləyən havadarlarına tutarlı cavab verməliyik”.
 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar