Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Əmək müqavilələri elektron platforma üzərindən imzalanacaq”

Baxılıb: 699     Tarix: 21-12-2022 11:16   
 
“Növbəti ildən bütün müqavilələr elektron platforma üzərindən imzalanacaq”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkədə 2-ci dəfə keçirilən Azərbaycan Karyera İnkişaf Forumunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir qeyd edib ki, növbəti ildə bu, qanunvericilik qaydasında tətbiq ediləcək: “Nazirlik olaraq biz ilk təşəbbüsü öz üzərimizə götürdük. Nazirliyin bütün müqavilələrinin elektron platforma üzərindən imzalanmasına cari ildə başladıq. Nöbvbəti ildə biz bunu qanunvericilik qaydasında tətbiq etməyə çalışacağıq. Bu çərçivədə kadr kargüzarlığı tam elektronlaşacaq. Mövcud əmək məcəlləsi xətalarının böyük hissəsi aradan qalxacaq. Həmçinin iş saatı, əmək ezamiyyəti, əmək məzuniyyəti və digər məsələlər elektron sistem üzərindən aparılacaq və burada texniki xətalara yol verilməyəcək. Əmək kitabçaları ləğv olunacaq, kağız üzərində əmrləşməyə ehtiyac qalmayacaq. Bunun bütün əmək münasibətlərinə şamil olunması üçün ətraflı proqram təminatları hazırlanıb”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar