Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mehriban Əliyeva Ömər Eldarovu təbrik etdi

Baxılıb: 671     Tarix: 21-12-2022 11:33   

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı, akademik Ömər Eldarovun 95 illik yubileyi münasibətilə instaqram hesabında paylaşım edib.
Qanunvehedef.az xəbər verir ki, o, sənətkarı təbrik edib:
“Hörmətli Ömər Eldarov!
Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,

MEHRİBAN”.




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar