Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Parlamentdə Nəcməddin Sadıkovun mühakimə olunması istənildi

Baxılıb: 859     Tarix: 23-12-2022 12:03   

"Bizdə belə bir ifadə var ki, gedənin dalınca danışmazlar. Amma bizdə gedənin daha çox tumarlanması prosesi baş verir".
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, hüquq-mühafizə orqanları açıq-aşkar keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovu mühakimə etməlidirlər:
"Biz nahaqdan günahsız ölən zabit və əsgərlərimizin haqqını geri qaytaraq. O baxımdan da bu proseslərə daha məsuliyyətli yanaşmalıyıq. Ordumuzun təmizlənməsi istiqamətində işlərə baxmalıyıq".
Deputat xatırladıb ki, ötən gün Türkiyənin Prezident kitabxanasında keçirilən sərgidə bildirilib ki, Prezident İlham Əliyev Şuşanın azad olunması ilə bağlı təqdim olunan planı geri çevirib və başqa planla Şuşanı azad edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar