Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gələn il Naxçıvanda iqtisadi forum keçiriləcək

Baxılıb: 1 531     Tarix: 28-12-2022 12:55   

 
“İqtisadiyyat Nazirliyi 2023-cü ilin yanvarında ölkədə, o cümlədən Naxçıvanda fəaliyyət göstərən aidiyyəti qurumların, sahibkarların iştirakı ilə böyük bir tədbir keçirməyi planlaşdırır”.
Qanunvehedef.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayaq” mükafatının təqdimat mərasimində çıxışı zamanı deyib.Nazir sahibkarlara, iş adamlarına müraciət edərək sözügedən konfransa qatılmağa dəvət edib: “Əsas hədəfimiz ondan ibarətdir ki, bugünə qədər Naxçıvanda tam reallaşdıra bilmədiyimiz iqtisadi potensialı, insan potensialını, coğrafi potensialı, qardaş Türkiyə ilə olan coğrafi yaxınlığı, həmçinin qarşılıqlı ticarət rejimindən irəli gələn imkanları, bütövlükdə sahibkarlıq mühiti, çevik dəyişən, inkişaf edən Azərbaycanda aidiyyəti dövlət orqanları ilə sahibkarlar arasında əlaqələrin daha səmərəli şəkildə qurulması istiqamətində bir günlük forumumuzu, konfransımızı keçirəcəyik.
Naxçıvanda iqtisadi fəaliyyətlə artıq məşğul olan, həmçinin marağı olan, bugünə qədər iqtisadi fəaliyyət keçirməyən bütün sahibkarlara, iş adamlarına üz tutub bu tədbirə qatılmaq imkanını nəzərdən keçirməyə dəvət edirəm”. 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar