Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İlon Mask “Ginnesin Rekordlar Kitabı”na düşdü

Baxılıb: 606     Tarix: 11-01-2023 11:14   

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, amerikalı milyarder İlon Mask itirdiyi şəxsi vəsaitlərinin miqdarına görə dünya rekordunu qıraraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Qanunvehedef.az “Business Insider”ə istinadən xəbər verir ki, bu barədə məlumatı təşkilat yayıb.
“İlon Mask tarixdə külli miqdarda şəxsi vəsaitlərinin itirilməsi üzrə rəsmi olaraq dünya rekordunu qırıb”, - deyə məlumatda qeyd olunub.
Təşkilat “Forbes”in məlumatlarına əsaslanaraq belə bir qərar verdiyini açıqlayıb.
Qeyd olunur ki, İlon Mask 2021-ci ilin noyabrında dünyanın ən varlı şəxsi olub və sərvəti 340 milyard dollara çatıb. “Forbes” milyarderin o dövrdən etibarən təqribən 182 milyard dollar itirdiyini bildirir. Bununla belə, digər mənbələr Maskın əslində itkilərinin 200 milyard dollara çatdığını iddia edirlər.
Buna baxmayaraq, Mask dünyanın ən varlı ikinci şəxsi olaraq qalır.
İlon Maskdan əvvəl isə sözügedən rekordun sahibi “Softbank”ın təsisçisi, yaponiyalı sahibkar Masaesi Son idi. Belə ki, o, 2000-ci ildə 58,6 milyard dollar itirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar