Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dövlət rəsmisi bələdiyyə və icra hakimiyyətlərini ittiham etdi

Baxılıb: 679     Tarix: 26-01-2023 13:45   

“Bizim əsas asılılığımız ərzaqlıq buğda idxalı ilə bağlıdır. Pivot suvarma sistemi tətbiq edən fermerlər nazirliklə müqavilə bağlayıb ərzaqlıq buğda istehsal etdiyi təqdirdə onun hər tonuna 100 manat əlavə məhsul subsidiyası əldə edəcək”.

Qanunvehedef.az xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

Şöbə müdiri bildirib ki, bu, ciddi təşviqdir və buna maraq var: “Birinci mərhələdə 23 min 500 hektar müəyyənləşdirərək Nazirlər Kabinetinə təqdim etmişik. Bu gün ölkəmizdə 56 min hektarda pivot suvarma sistemi tətbiq olunur. Bu, su qıtlığı yaşayan ölkə olaraq bizim üçün çox vacibdir. Beş il ərzində 56 min hektarın 200 minə çatdırılması hədəflənir. Bu, ciddi rəqəmdir və maliyyə yükü deməkdir. Təxmini hesablamalara görə, dövlətin qoyduğu investisiya təşviqi 1 milyard manatın üzərindədir. Düşünürük ki, bu məbləğ kənd təsərrüfatının inkişafına ciddi şəkildə töhfə verəcək”.

F.Tağıyev kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparılması məsələsinə də münasibət bildirib.
“17 min hektar kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikilib. Amma faktiki olaraq bizdən bu torpaqlara aid səmərəlilik tələb edilir. Bu problem bələdiyyə və icra hakimiyyətlərindən qaynaqlanır. Bələdiyyələrin torpaqlar üzərində tikintiyə sərəncam vermək səlahiyyəti dayandırılıb, lakin icra hakimiyyətləri hələ də torpaqlarda tikinti aparmağa rəy verir. Bu məsələyə aydınlıq gətirilməlidir”, - nazirlik rəsmisi əlavə edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar