Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ceyhun Bayramov: "Azərbaycan zəlzələyə görə Türkiyəyə dəstəyini davam etdirəcək"

Baxılıb: 613     Tarix: 16-02-2023 15:05   
"Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Türkiyəyə dəstəyini davam etdirəcək".
 Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 16-da türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığında deyib.
 Zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı bir daha başsağlığı diləklərini çatdıran nazir Ceyhun Bayramov zəlzələ nəticəsində xəsarət almış şəxslərə şəfa diləyib.
 XİN başçısı Azərbaycanın hər zaman olduğu kimi bu çətin günlərdə də qardaş Türkiyənin yanında olduğunu, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində öz dəstəyini davam etdirəcəyini bildirib.
 C.Bayramov qardaş Türkiyənin bu ağır sınaqdan da üzüağ çıxacağına dair inamını əminliklə ifadə edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking