Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlir

Baxılıb: 614     Tarix: 28-02-2023 13:30   

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Körösi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək.
Qanunvehedef.az xəbər verir ki, Prezident Körösi dünyanın COVID-19 pandemiyasının təsirlərini aradan qaldırdığı bir vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan “yeni reallığa” ehtiyacın olduğunu vurğulayacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəyə səfər edən Çaba Körösi ölkə başçısı və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri gözlənilir.
Körösinin səfəri martın 3-də başa çatacaq. Səfər zamanı onu aparat rəhbərinin müavini Marani, habelə iqtisadiyyat və enerji məsələləri üzrə aparat rəhbərini müavini Məmmədova da daxil olmaqla dörd nəfərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar