Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib" - Əli Əsədov

Baxılıb: 755     Tarix: 17-03-2023 11:34   

Azərbaycanda istehlak qiymətləri idxal edilmiş inflyasiya hesabına artıb.
Qanunvehedef.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən deyib.
Baş nazirin sözlərinə görə, inflyaysiya son illərdə bütün dünyada ciddi problemə çevrilib: "O cümlədən ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiya templərinin artması müşahidə edilib, orta illik inflyasiya 20,4 % olub. Bu proses ölkə daxilində də qiymətlərin ümumi səviyyəsinin artmasına təsir göstərib".
Ə. Əsədov qeyd edib ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 % təşkil edib: "Xüsusilə, ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22 %-dən çox olub. Azərbaycandakı inflyasiya əsasən idxal edilib".



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar