Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Aytmatov demişdi ki, Heydər Əliyevlə müqayisə olunacaq adam azdır”

Baxılıb: 385     Tarix: 04-04-2023 13:49   

“Bir dəfə Türkiyədə Çingiz Aytmatova həsr edilmiş məclisdə niyə Aytmatovun Nobel mükafatı almaması müzakirə olundu. Mən dedim ki, bu mükafatın fondu əslində qədim Bakı pullarının əsasında qurulub”. 
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin iclasında deyib.
“Çingiz məni çağırdı dedi ki, Nobel mükafatı məsələsində məni aldatdılar və mənə Nobel mükfatına alternativ bir mükafat yaratmağın mümkünlüyü barədə ideya verdi. Aytmatov bildirdi ki, dünya tarixində incəsənətə, ədəbiyyata, sənətkara qiymət baxımından Heydər Əliyev ilə müqayisə olunacaq adam azdır bəlkə də yoxdur. O qeyd etdi ki, Azərbaycan Nobel mükafatına alternativ mükafat təsis etsin və mükafatın adını “Heydər Əliyev beynəlxalq mükafatı” qoysun.
Bundan sonra düşündüm ki, mükafatın məbləğini Nobel mükafatından artıq qoysaq Nobel üçün sıraya düzülənlər Bakıya sıraya düzüləcək və ədəbiyyata, sənətə qiymət vermək imtiyazı Azərbaycanın əlinə keçəcək. Bu fikri indi burada səsləndirməyi özümə borc bilirəm. Hesab edirəm ki, bu fikirlər Prezident İlham Əliyevə çatar və ola bilsin, bu mükafatın yaradılması barəsində düşünər”, - deyə deputat vurğulayıb.шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar