Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Sərhəd keçid məntəqəsinin qurulması bizim daxili işimizdir” - Kamal Cəfərov

Baxılıb: 494     Tarix: 26-04-2023 09:34   

“Məruzəçi üzv ölkələrin tərəfdaşlığın məqsədlərinə müxtəlif dərəcədə sadiqlik nümayiş etdirdiyini qeyd edir. Bu, çox vacib bəyanatdır və biz özümüzə sual verməliyik ki, nə üçün həmin tərəfdaş ölkələr bizim müəyyən etdiyimiz məqsədlərə nail olmağa həvəsli deyillər”.
Qanunvehedef.az xəbər verir ki, bunu AŞPA yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Kamal Cəfərov demokratiya statusu üçün tərəfdaşlıq fəaliyyətinin qiymətləndirilməsinə dair məruzənin müzakirəsi zamanı bildirib.
K.Cəfərov qeyd edib ki, əvvəllər Avropa Şurası və onun institutları ümumi çağırışların həlli üçün səmərəli və cəlbedici regional platforma idi:
“Ona görə də, Avropa Şurası regionuna qonşu dövlətlər bu təşkilata üzv olmağa can atırdılar. Artıq bəzi ölkələr Avropa Şurasına imtiyaz kimi deyil, yük kimi baxırlar. Çünki ötən müddət ərzində məlum oldu ki, Avropa Şurası çox vacib məsələlərdə susur və ya tərəf tutur.
Bu baxımdan ikili standartlarla üzləşən öz ölkəm Azərbaycanı misal çəkə bilərəm. Ermənistan 30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlayıb. Təəssüf ki, AŞPA Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün kifayət qədər səy göstərmədi”.
“Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib ərazilərini işğaldan azad edəndə AŞPA və məruzəçiləri çaşdırıcı bəyanat və hesabatlarla sülh danışıqları prosesinə xələl gətirməyə çalışdı. Biz, azərbaycanlı deputatlar müxtəlif vaxtlarda Assambleya tribunasından Ermənistanın Laçın yolundan qanunsuz hərbi məqsədlər, təbii sərvətlərin qanunsuz dövriyyəsi üçün istifadə etdiyini və eyni zamanda Laçın yoluna 2021-ci il istehsalı olan minaları yerləşdirdiyini bəyan edəndə, AŞPA Ermənistanı qınamadı. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Laçında beynəlxalq səviyyədə tanınmış ərazisində sərhəd-nəzarət məntəqəsi yaradanda Parlament Assambleyasının bəzi deputatları yenidən beynəlxalq hüququn əsas prinsiplərinə zidd mövqe tuturlar.
Əziz həmkarlar, beynəlxalq nizama gəldikdə bəzi dəyişməz və mübahisəsiz əsas qaydalar var. AŞPA bilməlidir ki, bu qaydaya görə Laçında sərhəd nəzarət məntəqəsinin yaradılması Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın daxili işidir. Üçüncü tərəf sülh danışıqları prosesinə töhfə vermək istərsə, onu alqışlaya bilərik. Ancaq öz geostrateji məqsədləri üçün bu prosesə ziyan vurmağa çalışsalar, belə təxribatlara yol verməyəcəyik.
O, erməni tərəfinə qarayaxma kampaniyasına görə beynəlxalq təşkilatlardan sui-istifadə etməyi dayandırmağı tövsiyə edib və bunun heç bir nəticə verməyəcəyini deyib. Ermənistanı məsuliyyətli yanaşmağa, Azərbaycanla sülh müqaviləsi imzalamağa və öz xalqını birgə yaşayışa hazırlamağa çağırıb".

шаблоны для dle 11.2