Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Vaşinqtonda danışıqlar bu gün də davam edəcək

Baxılıb: 667     Tarix: 04-05-2023 10:48   

Bu gün ABŞ-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqlar davam etdiriləcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamentinin Mətbuat xidməti yayıb.
Məlumata görə, görüş ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə baş tutacaq.
Bu görüşün XİN rəhbərləri arasında Vaşinqtonda keçirilən danışıqların son raundu olacağı gözlənilir.
Xatırladaq ki, bir neçə gündür ABŞ-də Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqlar davam etdirilir. Tərəflər mayın 1-i Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə görüş keçiriblər. Görüşdən sonra nazirlərin ikitərəfli görüşü baş tutub. Bununla yanaşı, C.Bayramov və A.Mirzoyan mayın 3-ü C.Sallivanın vasitəçiliyi ilə yenidən danışıqlar aparıblar.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar