Xəbər lenti
28/12/2024 [11:09]
Yaponiyada zəlzələ oldu
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

“Heydər Əliyev prokurorluq orqanlarındakı islahatların banisidir”

Baxılıb: 713     Tarix: 10-05-2023 12:05   

"Heydər Əliyev prokurorluq orqanlarında aparılmış mütərəqqi islahatların banisi kimi yad edilir".
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyevin mayın 5-də “Azərbaycan” qəzetində yazdığı məqalədə bildirib. O məqalədə qeyd edib ki, ümummili lider Heydər üçün hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərliliyinin artırılması prioritet məsələlərdən olub:
"Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyinin ilk dövrlərindən, eləcə də suverenliyini itirmək təhlükəsi olan Azərbaycana qayıdışından sonra hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərliliyinin artırılması prioritet məsələlərdən idi. Dövlət quruculuğu prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq hər bir strukturun fəaliyyətinə və inkişafına böyük önəm verən Ümummilli liderin prokurorluq orqanlarının da təkmilləşməsində müstəsna rolu olub. Qurumun fəaliyyətində səmərəliliyin artırılması, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzində saxlanılıb.
Prokurorluğa olan xüsusi diqqət və qayğının təzahürüdür ki, bu gün Heydər Əliyev prokurorluq orqanlarında aparılmış mütərəqqi islahatların banisi kimi hər bir prokurorluq əməkdaşının, təqaüddə olan veteranlarımızın qəlbində yaşayır,  xüsusi minnətdarlıq və dərin rəğbətlə yad edilir".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar