Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mahmud Abbas İlham Əliyevi təbrik etdi

Baxılıb: 700     Tarix: 25-05-2023 15:20   

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qanunvehedef.az xəbər verir ki, məktubun mətnində deyilir:
“Hörmətli cənab Prezident!
Milli bayramınız - Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Allahdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər diləyir, ölkənizə və xalqınıza daha böyük tərəqqi və firavanlıq, ölkələrimiz arasında fəxr etdiyimiz əlaqələrin daha da inkişafını arzulayıram.
Xahiş edirəm, ən xoş arzularımı qəbul edin”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar