Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İlham Əliyev monqolustanlı həmkarını təbrik etdi

Baxılıb: 774     Tarix: 11-07-2023 11:51   

Prezident İlham Əliyev Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxa təbrik məktubu ünvanlayıb.
Qanunvehedef.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Monqolustanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunması, əməkdaşlığımızın keyfiyyətcə yeni mərhələyə yüksəlməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar