Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Fərrux Əkbərov sahibkarlardan hər ay pul toplayırmış - İddia

Baxılıb: 717     Tarix: 17-07-2023 11:35   

Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Vergi Xidmətinə rəis müavini təyinatı diqqəti sabiq müavin Fərrux Əkbərovun fəaliyyətinə yönəldib.
Qaynarinfo xatırladır ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalovun sərəncamı ilə Muxtar Respublikanın Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə Nihad Məhəmmədzadə təyin edilib. Ondan əvvəl isə bu vəzifədə Fərrux Əkbərov çalışıb.
Fərrux Əkbərov bu ilin mayında işdən çıxarılıb. O, Vasif Talıbovun kadrı kimi tanınırdı. Hələ Vasif Talıbovun dönəmində Fərrux Əkbərovdan ciddi narazılıq var idi. Onun ticarət obyektlərindən qanunsuz rüsum yığması barədə iddialar səsləndirilirdi. Hətta yığdığı rüsumun konkret məbləği də açılanırdı - 300 manat.
Lakin onun bu qanunsuzluğuna göz yumulurdu. Bu isə Fərrux Əkbərovun Vasif Talıbova yaxınlığı ilə izah edilirdi.
Vasif Talıbov işdən çıxarıldıqdan sonra Naxçıvanın bütün yerli qurumlarında yoxlamalara və keçmiş Ali Məclis sədrinə yaxın olan kadrların vəzifədən götürülməsinə başlanıldı. Proses indi də davam edir. Bu ilin may ayında isə növbə Fərrux Əkbərova çatdı. Azər Zeynalovun sərəncamı ilə o da işdən çıxarıldı.
Bəzi iddialara görə, Fərrux Əkbərovun fəaliyyəti ilə bağlı araşdırmalar aparılır. Onun taleyi bu araşdırmaların nəticəsindən asılı olacaq.
Qeyd edək ki, Naxçıvan MR Dövlət Vergi Xidməti rəisinin iki müavini var.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar