Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İlham Əliyev Peru Respublikasının Prezidentini təbrik edib

Baxılıb: 802     Tarix: 28-07-2023 13:12   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Zati-aliləri xanım Dina Ersilia Boluarte Zeqarranı təbrik edib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Təbrik məktubunun mətnində deyilir:
"Hörmətli xanım Prezident,
Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Peru arasında dövlətlərarası münasibətlər xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək, beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığımız daha da genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar