Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Elm və Təhsil Nazirliyi vergi borcu olan "ÇAŞIOĞLU ELM-İSTEHSALAT" MMC-ni tenderdə qalib seçib - 488.996,6 AZN

Baxılıb: 601     Tarix: 01-08-2023 11:24   
 
Elm və Təhsil Nazirliyinin "Dövlət təhsil müəssisələrində kargüzarlığın aparılması üçün sənəd blanklarının istehsalı ilə bağlı poliqrafiya işləri" ilə bğlı elan etdiyi tender başa çatıb.
32gun.az-ın məlumatına görə, tenderin qalibi "ÇAŞIOĞLU ELM-İSTEHSALAT" MMC olub. Hər iki tərəf arasında 488.996,6 AZN-lik müqvilə imzalayıb.
Əldə etdiyimiz məlumata görə, qalib şirkətin dövlətə vergi borcu mövcuddur. Belə ki, hazırda "ÇAŞIOĞLU ELM-İSTEHSALAT" MMCnin vergi borcu 2413.59 AZN-dir.
Bildirək ki, nizamnamə kapitalı 3980 AZN olan "Çaşıoğlu Elm-İstehsalat" MMC-nin qanuni təmsilçisi Hüseynov Ülfət Hikmət oğludur.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.

Qanunvehedef.az



{sape_links}{sape_article}